Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Muğamın​ beşiyi​ Ağdam, qələbən mübarək!

0

  •  ​ ​ ​ ​      ​ Artıq​ neçə​ günlərdir​ ki,​ 27​ il​ həsrətində​ olduğumuz​ qələbəni​ ​ qeyd​ edirik.​ Əvəzi​ olmayan​ igid​ oğullarımızın​ canı,​ qanı​ bahasına​ doğma​ Qarabağ​ ​ torpaqları​ azğınlaşmış​ erməni​ quldurlarından​ təmizlənib.​ ​       ​ Bu​ səfalı​ yerlərdən​ biri​ musiqi​ beşiyimiz​ olan​ Ağdamdır.​ Vaxtilə​ hər​ tərəfi​ gül-çiçəklə​ bəzənən​ böyük​ infrastruktura​ ​ malik​ olan​ bu​ şəhərdə​ çoxlu​ muğam​ ustaları​ yetişib:​ A.Babayev,​ Q.Rüstəmov,​ ​ M.İbrahimov,​ S.Məmmədov,​ T.Bayramov​ və.s.​ Həm​ kənd​ təsərrüfatı,​ ​ həm​ sənayesi​ inkişaf​ edən​ bu​ şəhəri​ erməni​ vandalları​ vəhşicəsinə​ dağıdıb.​ Şanlı​ ordumuz​ bayrağımızı​ müqəddəs​ cümə​ məscidinə​ sancdı,​ Qələbə​ sorağı​ bütün​ dünyaya​ yayıldı.​ Həmdə​ döyüşsüz​ ​ azad​ edildi.​ Bu​ bizim​ uğurumuzdur.​ Möhtərəm​ Prezidentimiz​ İlham Əliyev​ və​ birinci​ xanım​ Mehriban Əliyeva​ işğaldan​ ​ işğaldan​ azad​ olunan​ bütün​ torpaqlarda,​ o​ cümlədən​ Ağdamda​ oldular.​ Erməni​ vandalizmini​ tənqid​ etdilər.​ Onlar​ müqəddəs​ cümə​ məscidinə​ “Quran”​ kitabı​ ilə​ getdilər,​ Tanrıya​ dua​ etdilər.​ Möhtərəm​ Ali​ Baş​ Komandanımızın​ bu​ hərəkətləri​ ilə​ biz​ qürur​ duyuruq.​ O dedi​ ki,​ biz​ bütün​ şəhər​ və​ kəndlərimizi​ bərpa​ edəcəyik.​ Düşmən​ elə​ bilməsin​ ki,​ buna​ gücümüz​ çatmır.​ Biz​ qurub,​ yaradan​ xalqıq.​ Hər şeyin​ ən​ yaxşısını​ Tanrı​ bizə​ bəxş​ edəcək.​ Pambıqçılıq,​ taxılçılıq,​ üzümçülük,​ baramaçılıq,​ idman,​ turizm,​ Qarabağ​ atçılığı,​ bir​ sözlə​ hər​ şeyi​ dirçəldəcəyik.​ Ağdamlılar​ ​ ana​ yurduna​ qayıdacaq.​ Ulu​ babamız​ demişkən​ ​ torpağı​ həm​ qorumalı,​ həmdə​ əkib-becərməliyik.​ Təki​ torpaq​ bizim​ olsun.​Arzu​ edirəm​ ki,​ qələbəmiz​ əbədi​ olsun,​ torpağımızın​ bütövlüyü​ əbədi​ olsun.​ Xalqımız​ xoşbəxt​ olsun.​ Bunu​ bizə​ bəxş​ edən​ oğullarımıza​ eşq​ olsun.​ Şəhidlərimizin​ ruhu​ şad​ olsun.​ ​ ​ Allah​ zəfərimizi​ qorusun!​ ​ ​ ​Qarabağ​ ​Azərbaycandır!   Nataliya Yusifova, Xocalı rayon​ Meşəli​ kənd​ tam​ orta məktəbin müəllimi
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib39 dəfə
    Muğamın​ beşiyi​ Ağdam qələbən mübarək!

    Maraqlı gələ bilər
    37
    34
    34